İraqda daha bir PKK lideri zərərsziləşdirildi


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən Şevger Çiya kod adlı Sedat Aksu zərərsizləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT” telekanalı kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Sedat Aksu PKK-nın qondarma İdarə Heyətinin üzvü olub və terrorçuların silah və sursatla təminatına cavabdehlik edib.
O, bir neçə il İraqın şimalındakı Qəndil ərazisində terrorçuların təlimləri ilə məşğul olub,
2016-cı ildə isə PKK-nın Suriya qolu - Xalq Özünümüdafiə Qüvvələrinin liderlərindən birinə çevrilib.
MİT müəyyən edib ki, Sedat Aksu 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan əməliyyatlarla bağlı təlimatları şəxsən verib.
Sedat Aksu MİT-in İraqın Qara ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində onu müşayiət edən terrorçularla birlikdə zərərsizləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top