İrəvanda itaətsizlik aksiyalarında 150-dən çox saxlanılan var


Ermənistan polisi itaətsizlik aksiyaları zamanı “Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Yerevanda küçələri bağlayan 150-dən çox iştirakçını saxlayıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Saat 11:00-a olan məlumata görə, İrəvanda küçələri bağlayan 151 nəfər saxlanılıb”, - nazirlikdın bildirilib.
Onlar İnzibati Xətalar Məcəlləsinin 182-ci (Polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri və “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda keçirilən mitinqdə bazar ertəsi saat 08:00-dan etibarən kütləvi itaətsizlik aksiyaları elan edib.

DİGƏR XƏBƏRLƏR

Top