
Gürcüstan parlamentinin Hüquq Komitəsinin bu gün baş tutan iclasında sonuncu - üçüncü oxunuşda “Xarici təsirin şəffaflığı haqqında” haqqında qanun (“Xarici agentlər”) layihəsini qəbul edilib.
Yeniavaz.com Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, komissiyanın qərarı bir neçə dəqiqə əvvəl verilib.
Qeyd edək ki, qanun layihəsi ölkə prezidenti və müxalifəti, həmçinin Tbilisinin beynəlxalq tərəfdaşları, o cümlədən ABŞ və Aİ tərəfindən sərt tənqid edilib.
Bir müddətdir qanun layihəsinin əleyhinə Tbilisidə kütləvi aksiyalar keçirilir.