
2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 630-dan çox tibb işçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, həlak olanlar arasında 500 həkim və tibb qardaşı, həmçinin 138 tibb bacısı var.
Telekanal qeyd edir ki, hərbi əməliyyatlar zamanı İsrail müxtəlif tibb müəssisələrinə, xəstəxanalara və təcili yardım stansiyalarna hücum edir.
Xatırladaq ki, aprelin sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin oktyabr ayından Qəzzada səhiyyə sisteminə 430-dan çox hücum qeydə alındığını, nəticədə 722 nəfərin həlak olduğunu, 924 nəfərin isə yaralandığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz