
Gürcüstan parlamenti sədrinin sərəncamına əsasən, may ayının 13-dən ləğv edilənədək Gürcüstan parlamentinin binasında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq və ziyarətçilərin girişi məhdudlaşdırılacaq.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlamentin iclaslarına akkreditə olunmuş televiziya yayımçılarından ancaq 2 nəfər daxil ola biləcək.
Bildirilir ki, bu tədbirin məqsədi Gürcüstan parlamentində təhlükəsiz və iş mühitini təmin etməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz