
İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın çağırdığı növbəti mitinq başlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, mitinqdən əvvəl Matenadaran yaxınlığındakı ərazidən İrəvanda Respublika meydanına gənclərin yürüşü olub.
Qeyd edək ki, mitinq iştirakçıları sərhədlərin delimitasiyasına, həmçinin dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz edərək Baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz