Azərbaycanda kredit faizləri əmanət faizlərindən 3,2 dəfə çoxdur


Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə banklar tərəfindən verilən kreditlərin orta illik faiz dərəcəsi milli valyuta üzrə 14,38%, xarici valyuta üzrə isə 5,31% olub.
Yeniavaz.com
-un açıqlanan rəsmi statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, kredit faizləri əmanət fazilərindən dəfələrlə yüksəkdir.
Banklar əmanətləri əhalidən milli valyutada 5,28%-lə, xarici valyutada isə 1,36%-lə qəbul ediblər.
Rəqəmlərdən də göründüyü kimi kredit faziləri əmanət fazilərini milli valyutada 2,7 dəfə, xarici valyutada isə 3,9 dəfə üstələyir. Nəticədə kreditlərin orta illik faiz dərəcəsi əmanətlərin orta illik faiz dərəcəsindən 3,2 dəfə çox olub.

DİGƏR XƏBƏRLƏR

Top