Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır


Rusiya sərhədçiləri Ermənistanın Sünik rayonundakı postlarını bağlamağa başlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, rusiyalı hərbçilər Gorus və Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrini bağlamağa başlayıblar.
Qeyd olunur ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrından bu ərazidə məskunlaşıblar.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top