Böyük Britaniya Ukraynaya tarixinin ən böyük hərbi yardım paketini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım paektinə 500 milyon funt-sterlinq maliyyə vəsaiti ilə yanaşı, “həyati əhəmiyyətə malik” vacib avadanlıqlar da daxildir.
Qeyd olunub ki, söhbət 4 milyon döyüş sursatı, 1600-dən çox raket, 400 texnika, o cümlədən 160 “Husky” markalı hərbi texnikadan gedir.