
“La Liqa”da çempionluğunu elan edən “Real Madrid” 35-ci turda səfərdə aşağı liqaya düşməsi dəqiqləşən “Qranada” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, “Kral klubu” rəqibini 0:4 hesabı ilə məğlub edib.
Madrid təmsilçisinin ilk 11-liyində matça başlayan Türkiyə millisinin gənc ulduzu Arda Gülər komandasının ikinci qolunu vurub.
Bu mövsüm liqada üçüncü dəfə ilk 11-likdə matça başlayan Arda Gülər bu matçların ikisində qol vurmağı bacarıb. Liqada cəmi 8 matça çıxan Arda 3 dəfə qol sevinci yaşayıb.
Qonaq komandaya qələbə qazandıran digər qolları isə Fran Qarsiya və Brahim Diaz (2) vurub.
Bu nəticə ilə “Real Madrid” xalını 90-a yüksəldib, Qranada isə 21 xalda qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz