Qəzzada daha bir girovun öldüyü deyilir


Qəzza zolağında HƏMAS tərəfindən əsir götürülən girovlardan birinin İsrailin hava hücumu zamanı aldığı yaralardan öldüyü deyilir.
Yeniavaz.com
xəbər verir ki, bunu HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasının nümayəndəsi Əbu Ubeydə qurplaşmanın teleqram kanalında bildirib.
“Girovlardan biri, Britaniya vətəndaşlığı olan 51 yaşlı kişi İsrail təyyarəsinin onun saxlandığı yerə hücumu nəticəsində aldığı yaralardan öldü”, - məlumatda deyilir.
Əbu Ubeydə əlavə edib ki, girov bombalanan yerdə bir aydan çox saxlanılıb. Onun vəziyyəti pisləşib və o, Qəzzada tamamilə dağıdılan və fəaliyyətdən kənarlaşdırılan heç bir tibb müəssisəsində lazımi tibbi yardımı vaxtında ala bilmədiyi üçün ölüb”.
Qeyd edək ki, bu həftə daha bir Qəzzada saxlanılan girovun öldüyü barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top