Rusiya Ordusu Ukraynanın 5 yaşayış məntəqəsini nəzarətə götürdü


Rusiya ordusu Ukraynanın Xarkov vilayətində 5 yaşayış məntəqəsini nəzarətə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum hərəkətləri nəticəsində “Şimal” qoşun qruplaşmasının bölmələri Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya qəsəbələrini nəzarətə götürüb.
Ordu həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində Volçansk, Veseloye, Qlubokoye, Neskuçnoye, Krasnoye yaşayış məntəqələrindəki hərbi qüvvə və texnikasına zərəbələr endirib.
Nazirliyin məlumatına görə, Ukrayna tərəfinin gün ərzində itkiləri 170 hərbçi, üç zirehli döyüş maşını və dörd avtomobil təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top