
İsrail hərbçilərinin Fələstinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 35 minə yaxın insan həlak olub, 78 mindən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumatı yayıb.
Məlumata görə, ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 34 971 nəfər təşkil edib. Eyni dövrdə Səhiyyə Nazirliyi 78 641 fələstinlinin yaralandığını bildirib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanı atəşə tutması və bombalaması nəticəsində 28 nəfər ölüb, 69 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz