
Ermənistanda “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları İrəvanda itaətsizlik aksiyalarına yenidən başlayıb.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, hərəkatın tərəfdarları onun lideri arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanın bir neçə yerində küçələri bağlayıblar,
İrəvanda bir neçə küçə, o cümlədən, Tiqran Mets, Azatutyan və Qaya prospektləri, həmçinin “Qələbə” körpüsü bağlanıb.
Polis İrəvanda müxtəlif şəhər yollarında nəqliyyatın hərəkətini dayandırmağa cəhd edən etirazçıları saxlamağa başlayıb. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 41 etirazçı saxlanılıb.
“Etirazçılar polisin tələblərinə tabe olmadıqları üçün saxlanılıblar. Hazırda bütün küçələr açıqdır, sərbəst hərəkət üçün heç bir maneə yoxdur”, - deyə Daxili İşlər Nazirliyi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz