Ermənistanda polis Paşinyana etiraz edən 6 nəfəri saxladı


Ermənistan polisi Eçmiədzində qanunsuz silah və sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polis yerli məktəblərdən birinə Baş nazir Nikol Paşinyana etirazlarını bildirmək üçün toplaşan etirazçıları saxlayıb. Belə ki, bu gün Ermənistan Baş nazirinin 7 saylı məktəbə səfəri nəzərdə tutulub.
Etiraz aksiyası əvvəlcədən elan edilib və məktəbin həyətində “qara beret”lilər (xüsusi polis bölməsi) cəlb edilib.
Saxlanma faktı hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Ermənistanda etiraz hərəkatı aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa gəldiyini elan etdikdən sonra başlayıb.
Mayın 9-da Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qaldıqdan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aktlarının və impiçment prosesinin başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top