Bayden bu dəfə Şimali Koreya Prezidentini Cənubi Koreya Prezidenti “elan etdi”


ABŞ Prezidenti Co Bayden daha bir səhvə yol verib və Şimali Koreya Prezidenti Kim Çen Inı Cənubi Koreya Prezidenti adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısı bu səhvə Kaliforniyada seçki kampaniyası ilə bağlı çıxışında yol verib.
Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, keçmiş Amerika lideri Donald Tramp Cənubi Koreya Prezidenti Kim Çen Inın “sevgi məktubları” ilə fəxr edir.
Qeyd edək ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez kobud səhvlərə yol verir. Respublikaçılar isə bundan dövlət başçısının əqli və fiziki qabiliyyətlərini şübhə altına almaq üçün partiyalararası mübarizədə istifadə edirlər.
Xatırladaq ki, fevralın sonunda Bayden növbəti fiziki müayinədən keçib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer müayinəyə Amerika liderinin zehni qabiliyyətlərinin yoxlanılmasının daxil olmadığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top