
Yer kürəsində güclü maqnit qasırğası baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə G3 səviyyəsinə çatıb.
Bu, Yer kürəsində enerji sistemlərində, o cümlədən təhlükəsizlik sistemlərində problemlərə səbəb ola bilər. Eyni zamanda peyk və aşağıtezlikli radionaviqasiyada və yüksəktezlikli radiorabitədə fasilələr baş verə bilər.
Qeyd edək ki, bundan əvvəl alimlər Günəşdə güclü partlayışlar qeydə aldıqlarını bildirmişdilər.
Tətbiqimizi yükləyə bilərsiniz