Aİ məşhur aktyora qarşı sanksiyalar tətbiq edə bilər – KİV


Avropa İttifaqı (Aİ) məşhur aktyor Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “EUobserver” portalı Aİ nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, əgər Siqalın hərəkətlərinin Ukraynaya zərər verə biləcəyinə inanmaq üçün kifayət qədər hüquqi əsas olarsa, o, qara siyahıya düşə bilər.
Qeyd edək ki, Stiven Siqal hazırda Rusiyada yaşayır. 2016-cı ildən onun Rusiya vətəndaşlığı var. Siqal həm də könüllülük əsasında Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri və ümumi mədəni-tarixi irs üzrə xüsusi nümayəndəsidir.
O, mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində də iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top