NATO təlimində 11 əsgər yaralandı


Mayın 7-də NATO-nun “Swift Response” təlimi zamanı İsveçin mərkəzindəki Şillinqard şəhərində paraşütlə təlim keçən 11 əsgər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.
Yaralılar Linköpinq və Yönköpinq şəhərlərindəki xəstəxanalara aparılıb. Yaralananlar ABŞ, Macarıstan və İtaliya hərbçiləri olub.
Ordu qərargahının sözçüsü Yoakim Elovsson bildirilib ki, hər hansı həyati təhlükə yoxdur:
“Doqquz nəfər helikopterlə təxliyə edilib, iki nəfər avtomobillə xəstəxanaya aparılıb”.
Qeyd olunub ki, paraşüt təlimində 600-800 əsgər iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top