Nutrisioloq rasiona banan daxil etməyi məsləhət gördü


“Artrit və astma xəstələri banan yeməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu nutrisioloq Veronika Qusakova news.ru ilə söhbətində deyib.
Qusakova bildirib ki, banan A, B6, B9, E, PP və C vitaminləri ilə zəngin olmaqla yanaşı, tərkibində kalium, maqnezium, fosfor, silisium, dəmir, natrium var:
“Bu faydalı mikroelementlər sayəsində banan bədəndəki iltihabla mübarizə aparır və onları artrit və astma xəstələri üçün faydalı edir. Bananda olan B6 vitamini iltihab riskini azaldır və immunitet funksiyasını yaxşılaşdırır.
Həmçinin bu meyvənin tərkibindəki kalium sümükləri və oynaqları gücləndirməyə kömək edir, böyrəklərin fəaliyyətini dəstəkləyir, maqnezium isə ürək-damar sisteminə faydalıdır. Bununla belə, yetişməmiş bananları seçmək lazımdır, çünki onların tərkibində daha az miqdarda şəkər var”.

DİGƏR XƏBƏRLƏR

Top