Qəzzada saxlanılan girovlardan daha biri öldü

həmas girovların müqabilində atəşkəs və israil qoşunlarının çıxarılmasını tələb edir – kiv
Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında saxlanılan girovlardan birinin öldüyü barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanat qrupun nümayəndəsi Əbu Ubeydənin teleqram kanalında paylaşılıb.
Məlumata görə, 70 yaşlı qadın əvvəllər aldığı xəsarətlərdən dünyasını dəyişib. İddia olunur ki, təxminən bir ay əvvəl girovun saxlandığı otaq atəşə tutulub.
Qeyd edək ki, daha öncə İsrailin atəşi nəticəsində 7 girovun öldürüldüyü deyilib.

DİGƏR XƏBƏRLƏR

Top