İsrail tankları Rəfaha daxil olub – KİV


İsrail Müdafiə Qüvvələrinin (IDF) zirehli bölmələri, tankları Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qəzet yazır ki, IDF Rəfahın şərq hissəsində Həmas hədəflərinə “dəqiq zərbələr” endirdiyini bəyan edib.
Misir televiziya kanallarının Rəfah nəzarət-buraxılış məntəqəsi ərazisindən nümayiş etdirdiyi kadrlarda atışma və partlayış səsləri, tankların gurultusu və helikopterlərin pilotsuz təyyarəsi eşidilir.
Livanın “Al Mayadeen” telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin Rəfahın qərbindəki yaşayış məntəqələrini bombalaması nəticəsində azı 4 fələstinli həlak olub, daha bir neçəsi yaralanıb.
Qeyd edək ki, 2023-cü il üçün hesablamalara görə, Rəfahın əhalisi təxminən 280 min nəfər (Qəzza zolağı əhalisinin 11-14%-i) təşkil edirdi. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumuna cavab olaraq İsrailin hərbi əməliyyatına başlamasından sonra Qəzza zolağında mülki şəxslərə bölgənin şimal bölgələrindən Rəfaha köçmələri tövsiyə edildi. Hazırda BMT-nin məlumatına görə, şəhərdə 1,3 milyona yaxın insan var ki, onların da əksəriyyəti məcburi köçkünlərdir.

DİGƏR XƏBƏRLƏR

Top