“İraq İslam Müqaviməti” İsrail hərbi bazasına hücum edib


“İraq İslam Müqaviməti” Hərəkatı İsrail Hərbi Hava Qüvvələrinin bazasına hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, hərəkat Eylatdakı bazaya hücum etmək üçün kamikadze pilotsuz uçan aparatdan istifadə edib. Telekanalın məlumatına görə, pilotsuz təyyarə İraq ərazisindən buraxılıb.
Hərəkat Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər IDF hədəflərinə hücumları davam etdirəcəyini bəyan edib.
Telekanal bildirir ki, şənbə günü “İraq İslam Müqaviməti” İsrailin Aralıq dənizindəki Hayfa limanına da raket atıb.

DİGƏR XƏBƏRLƏR

Top