Qəzzada bu günə qədər 34 min 654 fələstinli həlak oldu


İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 34,6 mindən çox fələstinli həlak olub, 78 minə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bu günə qədər İsrailin Qəzzadakı əraziləri bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 34 min 654 nəfərə çatıb, 77 min 908 nəfər isə yaralanıb”. – məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzada 32 nəfər həlak olub, 41 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top