![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/11/13/1/c034e992-9cd9-4c0f-bd0d-83b945e74bad/amerika-abs-herbi-bazasi-suriya1.jpg)
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı Amerika bazası hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı yerli mənbəyə istinadla məlumat yayıb.
“Əl-Ömər neft yatağındakı Amerika bazasına 7 raket atılıb. onlardan üçü bazanın ərazisinə, digər dördü yaxınlığına düşüb”, - məlumatda bildirilib.
Məlumata görə, baza ərazisində tüstü sütunları müşahidə olunub. Tələfat barədə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika bazaları vaxtaşırı hücumlara məruz qalır.