Sudan rəhbərinin oğlu yol qəzasından iki ay sonra Türkiyədə dünyasını dəyişdi


Sudan rəhbəri Əbdülfəttah əl-Burhanın oğlu qəzadan sonra iki ay reanimasiyada olduğu Ankarada xəstəxanada dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Xatırladaq ki, Mohamed Fəttah al-Burhan martın əvvəlində Türkiyə paytaxtının Gelbaşı rayonunda qəzaya düşüb. O, motosikletlə hərəkətdə olarkən avtomobilə çırpılıb. Hadisə yerinə gələn xilasedicilər ağır xəsarətlər aşkarlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top