Çin Ayın görünməyən tərəfinə missiya göndərdi


Çin ilk dəfə Ayın görünməyən tərəfinə missiya göndərib.
Yeniavaz.com
“The Guardian” qəzetinə istinadla xəbər verir ki, buraxılış “Vençan” kosmodromunda “Çançjen 5 Y8” daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib.
“Çanye 6” robot kosmik stansiyasının Ayın görünməyən tərəfindən torpaq və qaya nümunələri toplayacağı gözlənilir.  
Qeyd edək ki, bu missiya Çinin 2030-cu ilə qədər Aya insan göndərmək missiyasının bir hissəsi kimi yaxın illərdə planlaşdırılan üç missiyasından birincisidir.
Ümumilikdə, missiya 53 gün davam edəcək və “Çanye 6” ilə Yer arasındakı əlaqə “Tsyuetsyao-2” peyki ilə təmin olunacaq.
Bununla belə, missiya Çinin əzəli rəqibi ABŞ-də Pekinin geosiyasi niyyətləri ilə bağlı tərəddüdləri də artırıb. NASA artıq bu missiyanı yeni “kosmik yarış” adlandırıb.
Qəzetin məlumatına görə, 2007-ci ildə Çinin mifik ay ilahəsinin adını daşıyan ilk “Çanye” missiyasından bəri Çin ABŞ və Rusiya ilə texnoloji uçurumu bağlayaraq, Ayın tədqiqində böyük irəliləyiş əldə edib.
Növbət missiyaların “Çanye 7” və “Çanye 8” robot kosmik stansiyaları ilə 2026 və 2028-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top