Makron bir daha Ukraynaya qoşun göndərilməsindən danışdı


Fransa Prezidenti Emmanuel Makron bir daha Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini bildirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “The Economist” jurnalına verdiyi müsahibədə deyib. 
“Dediyim kimi, mən heç nəyi istisna etmirəm. Çünki biz heç nəyi istisna etməyən biri ilə qarşı-qarşıyayıq. Biz hərəkətlərimizin sərhədlərini müəyyən etməkdə həddən artıq tərəddüd etdik”, - deyə Makron hələ də Ukraynaya qoşun göndərilməsi fikrinə sadiq qalıb-qalmadığı barədə suala cavab verərkən bildirib. 
Makron həmçinin Rusiya Silahlı Qüvvələrinin cəbhə xəttini yarması və Ukraynanın müraciət etməsi halında Ukraynaya qoşun göndərilməsi məsələsinə baxılmasını istisna etməyib. 
“Əgər ruslar cəbhə xəttini keçsələr və Ukraynadan müraciət olsa, bizim özümüzə bu sualı vermək üçün qanuni səbəblərimiz olar”, - Makron qeyd edib.
Digər tərəfdən, Fransa liderinin sözlərinə görə, bir çox ölkələr Parisin yanaşmasını başa düşürlər və bu məsələdə onun mövqeyi ilə razılaşırlar.

DİGƏR XƏBƏRLƏR

Top