Türkiyə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiaya qoşulmaq istəyir


“Türkiyə daha əvvəl Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi İsrailə qarşı iddiada iştirak variantlarını araşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan indoneziyalı həmkarı Retno Marsudi ilə keçirdiyi mətbuat konfransında deyib.
“Cənubi Afrika məhkəməyə müraciət etmək qərarına gəldiyi ilk gündən bu addımı dəstəklədik və inkişafları izləyirik, hüquqi baxımdan bu iddiaya necə və hansı əsaslarla qoşula biləcəyimizi öyrənmək üçün işə başladıq”, - nazir deyib.
Fidan qeyd edib ki, hazırlıq işləri Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və universitetlərdən bir qrup türkiyəli hüquqşünas tərəfindən aparılır:
“Biz məhkəməyə qoşula biləcək digər beynəlxalq ictimaiyyət nümayəndələri ilə də ciddi danışıqlar apardıq, onların bu işdə hansı şərtlərlə iştirak edə biləcəyini müzakirə etdik, onların bu istiqamətdə mövqelərini və mülahizələrini öyrəndik”.

DİGƏR XƏBƏRLƏR

Top