Tbilisidə polis etirazçılara qarşı bibər qazından istifadə edir

tbilisidə növbəti etiraz aksiyası başladı
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament qarşısında “Xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat yayıb.
Polis və çevik qüvvələr etirazçıları parlament binasının arxasından uzaqlaşdırmağa çalışıb və bu, toqquşmaya çevrilib. Orada su şırnağından da istifadə olunub.
Bildirilir ki, həbslər də davam edir. Daxili İşlər Nazirliyi hadisələrin episentrində çalışan jurnalistləri ərazini tərk etməyi xahiş edib.
Qeyd edək ki, bu gün parlamentdə “Xarici agentlər” haqqında qanun layihəsinin ikinci oxunuşu müzakirə edilib. Deputatlar təşəbbüsü maddə-maddə nəzərdən keçiriblər. Onlar qanun layihəsini sona qədər nəzərdən keçirməyə çatdırmayıb prosedurun çərşənbə günü davam etdirilməsi qərara alınıb. Qanun layihəsinə baxılarkən etirazçılar qanunvericilik binası qarşısında toplaşmağa başlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top