Londonda qılınclı şəxs insanlara hücum etdi – Yaralananlar var


Londonun şərqində qılınclı şəxs yoldan keçənlərə və polis əməkdaşlarına hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, Heynot qraflığında qılınclı şəxs vətəndaşlara hücum edib. Nəticədə iki polis əməkdaşı və Britaniya paytaxtının bir neçə sakini yaralanıb. London Təcili Yardım Xidməti hadisə nəticəsində 5 nəfərin xəstəxanaya aparıldığını bildirib.
London polisi hadisəni terrorla əlaqələndirməyib. Yaxınlıqdakı metro stansiyası polis araşdırması ilə əlaqədar bağlanıb.
Hücum edən şəxs hadisə yerində saxlanılıb. Hadisənin motivləri və digər təfərrüatları müəyyənləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top