Acun Ilıcalı yeni klub alır


“Hall Siti”nin sahibi, məşhur teleaparıcı Acun Ilıcalı alacağı yeni klubu açıqlayıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, əvvəllər İrlandiyadan klub almağı planlaşdıran, lakin sonradan imtina edən Ilıcalı Sloveniyanın “Maribor” klubu ilə danışıqlar apardığını bildirib.
“Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıq. İki ay araşdırdıqdan sonra bu klubun “Maribor” olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim”, - deyə Ilıcalı “Sportklub Slovenija” nəşrinə açıqlamasında deyib.
Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbaxça” ilə qarşılaşan “Maribor” ilk matçda səfərdə 3:1, ikinci matçda isə evdə 3:0 hesabı ilə (6:1) məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top