Əfqanıstanda məscidə hücum – Ölənlər var


Əfqanıstanın qərbində Herat vilayətində məscidə hücum nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Pahjwok” agentliyi məlumat yayıb.
Məlumata görə, hücumu odlu silah olan şəxs həyata keçirib. “Agence France-Presse”in Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hücum aprelin 29-da axşam saatlarında Quzar rayonunda baş verib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top