İsrail ordusunun itkiləri 608-ə çatdı


Ordunun mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağının mərkəzində Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) iki əsgəri həlak olub, bir əsgər isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ölənlər “İftah” briqadasının 9232-ci batalyonundan olan 28 yaşlı baş serjant İdo Aviv və “Karmeli” briqadasının 223-cü batalyonunda xidmət edən 37 yaşlı Kalkidan Meharimdir.
223-cü batalyonun daha bir əsgəri ağır yaralanıb. IDF-nin 99-cu diviziyasının tərkibində fəaliyyət göstərən bu iki ehtiyat briqadanın üzvləri Qəzza zolağının şimal və cənub hissələrini ayıran Netzarim dəhlizinin təhlükəsizliyini təmin edirlər.
Son məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan hərbçilərinin sayı 263-ə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 608 olub.

DİGƏR XƏBƏRLƏR

Top