Böyük Britaniyanın səfiri Naxçıvandan maraqlı fotolar paylaşdı


Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Naxçıvana səfər edib və bu barədə sosial şəbəkə hesabında paylaşımlar edib.
Yeniavaz.com
xəbər verir ki, səfir sosial şəbəkə hesabında Azərbaycanın milli yeməklərindən olan pitinin fotosuna “Ordubad pitisi, yoxsa Şəki pitisi – hansı daha dadlıdır?”, - qeydini yazaraq paylaşıb.  
Qeyd edək ki, səfir Fergus Auld eyni zamanda Naxçıvanın tarixi yerlərindən – Əlincə qalasından, Əshabi-Kəhf mağarasından, həmçinin Batabat gölündən fotolar paylaşıb.



DİGƏR XƏBƏRLƏR

Top