Moskvanın Basmannı məhkəməsi istintaqın vəsatətini təmin edərək “Crocus City Hall”da terror aktı ilə bağlı saxlanılan Tacikistan vətəndaşı Cumaxon Kurbonovu həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. Eyni zamanda görüş zamanı məlum olub ki, Kurbonov Tacikistanda qeydiyyatdadır, Rusiyada qeyri-rəsmi işləyir və Moskvada yataqxanada yaşayır.
Müstəntiqlərin fikrincə, Kurbonov iş üzrə digər təqsirləndirilən şəxsləri pul və rabitə vasitələri ilə təmin edib. O, mütəşəkkil dəstə tərkibində şəxsin ölümü ilə nəticələnən terror aktı törətməkdə (CM-nin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi) ittiham olunub.
Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.