Putin Çinə səfər etməyi planlaşdırır


“May ayında Çinə planlaşdırılan səfərim var”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.
O, qurultay iştirakçılarından birinin 1953-cü il iyunun 15-də kitabxanaya giriş möhürü olan Nikolay Çernışevskinin “Nə etməli?” romanının bir nüsxəsini Çin sədri Si Cinpinə vermək xahişini şərh edərkən qeyd edib. Bildirilib ki, həmin tarix Çin liderinin doğum tarixinə təsadüf edir.
İştirakçı qeyd edib ki, Si Cinpin əvvəllər bu romanı sevimli əsərləri sırasına daxil edib.
“Mən bu kitabı mütləq özümlə aparıb dostumuza verəcəm, o, güclü liderdir və əsl kişidir. Amma zarafat bir yana, həqiqətən bu kitabı sevirsə, məmnuniyyətlə ona kitabı çatdıraram”, - Putin bildirib.
Rusiya başçısı səfərin tarixini dəqiqləşdirməyib, lakin bu səfər prezidentin yeni dövründə ilk xarici səfəri ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top