Ermənistanda Azərbaycanla delimitasiyaya etiraz edən 29 nəfər saxlanıldı


Ermənistan polisi 4 kəndin Azərbaycana verilməsinə və sərhədin delimitasiyasına qarşı etiraz aksiyalarının 29 iştirakçısını saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İrəvanda 17, Tavuş vilayətində 12 nəfər saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın bir sıra rayonlarında nümayişçilər beynəlxalq əhəmiyyətli avtomobil yolları da daxil olmaqla, magistral yolları bağlamağa cəhd ediblər. Etiraz aksiyası zamanı polislə toqquşma baş verib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top