Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq


Ermənistan Xarici İşlər Nazirliyi yaxın vaxtlarda Təbrizdə baş konsulluq açacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında qəbul edilib.
Qərara görə, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-sı məbləğində olacaq.
Təbrizdə Ermənistan Konsulluğunun açılması ilə bağlı razılıq İranla sərhədə yaxın Qapan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı əldə olunub. Belə ki, 2022-ci il oktyabrın 21-də Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Qapandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər.
Digər tərəfdən, 2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və konsulluğun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top