Ukrayna Rusiyanın Smolenskdəki yanacaq-energetika kompleksini vurub – Video


Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində Smolensk vilayətinin yanacaq-energetika kompleksi obyektlərində yanğın baş verib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Vasiliy Anoxin öz “Teleqram” kanalında məlumat yayıb.  
“Vilayətimiz yenidən Ukrayna PUA-larının hücumu altındadır. Ukrayna pilotsuz uçuş aparatlarının hücumu Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib. Hücum nəticəsində Smolenskdə və Yartsevoda yanacaq-energetika kompleksi obyektlərində yanğınlar baş verib”, - məlumatda bildirilib.
Digər tərəfdən, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Smolensk vilayətində yanacaq-energetika komleksi obyektlərinə edilən hücumlarda yeddi pilotsuz uçuş aparatı (PUA) iştirak edib. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin dörd pilotsuz təyyarəsi Smolenskə, üç pilotsuz təyyarəsi isə Yartsevoya düşüb.

Nazirlik onu da bildirib ki, Yartsevoda neft bazası yaxınlığında qeyri-yaşayış binası yanıb. Nazirlik yanğının digər tikililərə keçməsi təhlükəsinin olmadığını qeyd edib.
Həmçinin, nazirlik bildirib ki, yanacaq-energetika kompleksi obyektlərindəki yanğın lokallaşdırılıb. İnsident nəticəsində itkilərin olmadığı və hüquq-mühafizə orqanlarının hadisənin başvermə şəraitini müəyyənləşdirdiyi qeyd edilib.
Qeyd edək ki, bu neft bazalarında 26 min kubmetr benzin və dizel saxlanılırdı.

DİGƏR XƏBƏRLƏR

Top