Avro-2024-ün hakimləri müəyyənləşdi


Avro-2024-ün oyunlarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA rəsmi saytında məlumat yayıb. 
Siyahıda Türkiyədən Halil Mehlerin də adı yer alıb.
Siyahını təqdim edirik:  
Artur Soareş Diaş (Portuqaliya),
Xesus Xil Mansano (İspaniya),
Marko Quida (İtaliya),
İştvan Kovaç (Rumıniya),
İvan Krujlyak (Slovakiya),
Fransua Leteksye (Fransa),
Danni Makkeli (Niderland),
Şimon Martsinyak (Polşa),
Halil Mehler (Türkiyə),
Qlenn Nyuberq (İsveç),
Maykl Oliver (İngiltərə),
Daniele Orsato (İtaliya),
Sandro Şerer (İsveçrə),
Daniel Zibert (Almaniya),
Entoni Teylor (İngiltərə),
Kleman Tyurpen (Fransa),
Slavko Vinciç (Sloveniya),
Feliks Tsvayer (Almaniya).
Bundan əlavə, UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında əməkdaşlıq çərçivəsində Argentinalı hakim Fakundo Telyu da Avropa hakimlər qrupuna qoşulacaq.
Hər oyunda hakimlər briqadası bir hakim, iki hakim köməkçisi, dördüncü hakim, stadionda ehtiyat hakim köməkçisi və üç videooyun hakimindən ibarət olacaq.
Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top