Latviyada məktəblərdə rus dilini ikinci xarici dil kimi öyrənmək qadağan olunacaq


Latviyadakı məktəblərdə 2026/2027-ci tədris ilindən rus dilini ikinci xarici dil kimi öyrənməyə başlamaq mümkün olmayacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ölkə hökuməti əsas təhsil standartı haqqında qaydalara müvafiq dəyişikliklər qəbul edib.
Bildirilir ki, 2026/2027-ci tədris ilindən etibarən tədrisi ibtidai məktəbin sonunda başlayan ikinci xarici dil yalnız Avropa İttifaqının, Avropa İqtisadi Birliyinin rəsmi dillərindən biri və ya hökumətlərarası sazişlərlə tənzimlənən dil ola bilər. Rus dili bu məqamların heç birinə uyğun deyil.
2025-ci il sentyabrın 1-dən əvvəl rus dilini ikinci xarici dil kimi öyrənməyə başlayan məktəblilər məktəbi bitirənə qədər təhsillərini köhnə qaydada davam etdirə biləcəklər.
Qeyd edək ki, Latviya məktəblərində ingilis dili həmişə 1-ci sinifdən ilk xarici dil kimi tədris olunur. Rus dili isə Latviyada uşaqların ikinci xarici dil kimi seçdiyi ən populyar dildir. 2022-ci ilin sentyabr ayına olan məlumata görə, 91,1 min məktəbli onu öyrənib. 27,6 min nəfər alman, dörd min nəfər fransız dilini öyrənib. Hakimiyyət rus dilini seçən məktəblilərin çoxluğunu başqa dillərdə müəllimlərin olmaması ilə izah edir.

DİGƏR XƏBƏRLƏR

Top