Fransalı jurnalistin Ermənistana girişi qadağan edildi


Fransadan olan erməni əsilli jurnalist Leo Nikolyanın Ermənistan girişinə qadağa qoyulub.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, Nikolyan “Zvartnots” hava limanında aclıq aksiyasına başlayıb.
“Mən Ermənistanı tərk etməyəcəyəm, elə burada, “Zvartnots” hava limanının pasport yoxlama şöbəsində aclıq aksiyası keçirirəm. Qərar təqdim etmədən, əsassız olaraq vətənimə girişim qadağan edildi. Bəlkə də, Voskepardakı hadisələri işıqlandırdığım üçün belə bir qərar verildi. Çünki mən Voskeparda olmuşam”, - deyə Nikolyan videomüraciətində qeyd edib.
O, həmçinin bildirib ki, 1991-94-cü illərdə Qarabağda yaşayıb və yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top