Ermənistan DİN Bağanis-Voskepar yolunu bağladı


Ermənistan Daxili İşlər Nazirliyi (DİN) minatəmizləmə işlərinin aparılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.
Yeniavaz.com
“Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidməti məlumat yayıb.
“Bu gün Bağanis-Voskepar yolunda delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.
Ermənistan DİN vurğulayıb ki, hazırda təmas xəttində hər hansı dəyişiklikdən söhbət getmir. Sərhədin delimitasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi sərhəd qoşunlarına veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top