“Ermənistan heç vaxt Qərbdən uzaq olmayıb”


“Ermənistan heç vaxt Qərbdən uzaq olmayıb. Aİ ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi ölkənin əvvəlki hakimiyyət orqanları tərəfindən imzalanıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində britaniyalı jurnalistlərə açıqlamasında deyib.
“Biz heç vaxt Qərbdən uzaq olmamışıq ki, indi daha yaxınlaşaq. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dərinləşməsinə xidmət edir. 2018-ci il inqilabından sonra demişdik ki, demokratiya bizim üçün bir anlıq dəyər deyil, strategiyadır”, - Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi 2017-ci il noyabrın 24-də Brüsseldə imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top