Qubad İbadoğlu ev dustaqlığına buraxılıb – Foto


Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat yayıb.
“Nərimanov rayon məhkəməsinin qərarına əsassən Qubad İbadoğlu barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu ötən il iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Ötən il, noyabrın 16-da və bu il fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.
Aprelin 18-də isə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top