“Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var” – KTMT baş katibi


“Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Rusiya sülhməramlılarının Qarabağda olmasına gəlincə, hazırda bu ərazi Azərbaycanın ərazisidir və mən hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - deyə o, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.
Qeyd edək ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Rusiya rəhbərliyinin Rusiya sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılması barədə qərar qəbul etdiyini bildirmiş, həmçinin, bu qərarın icrası üçün iki ölkənin müdafiə nazirliklərinin müvafiq tədbirlər həyata keçirdiyini qeyd etmişdi.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Qarabağa Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı bəyanata əsasən yerləşdirilmişdi. Onun tərkibinə 1960 atıcı silahı olan hərbi qulluqçu, 90 zirehli transportyor, 380 avtomobil və xüsusi texnika daxil idi. Sülhməramlıların səlahiyyət müddəti beş il müddətinə müəyyən edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top