“Putin və Paşinyan arasında şəxsi təmas qısa müddətdə baş tuta bilər” – Peskov


“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda mümkün şəxsi təmas zamanı cari məsələləri müzakirə edə biləcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kreml sözçüsü İrəvanın 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edəcəyi ilə bağlı hər hansı bir təşəbbüsün olub-olmaması ilə bağlı suala cavab olaraq isə: “Bununla bağlı heç bir siqnal yoxdur”, - deyə bildirib.
“Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, - Peskov qeyd edib.
Qeyd edək ki, aprelin 20-də Paşinyan Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası aparıldıqdan sonra Rusiyanın sərhəd zastavaları Tavuş vilayətinin sərhəd zonasından çıxarılacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top