Laçının Sus kəndinin görüntüləri müzakirələrə səbəb oldu – Video


İşğaldan azad olunan Laçın rayonun Sus kəndində tikilən yaşayış evlərinin kadrları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda evlərin vizual görüntüsü istifadəçilər tərəfindən narazılıqla qarşılanıb.
Tikilən evlərin, yardımçı tikililərin, binaların bir-birinə yaxın olması, evlərin həyətyanı sahəsinin kiçik olması, mal-qara saxlanılması üçün geniş sahənin olmaması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Evlərin görüntüsünə münasibət bildirən insanlardan bir çoxu bildirir ki, görüntüdəki kənddən çox hərbi təyinatlı obyektə bənzəyir.

Həmin kadrları təqdim edirik:

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top