Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromu vuruldu


İraqın İslami Müqavimət Hərəkatına aid silahlı birləşmələr Suriyadakı bazalarda yerləşən Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəirdəki hərbi aerodromu raket atəşinə tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Shafaq News” xəbər portal məlumat yayıb. 
Portalın məlumatına görə, zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km məsafədə) endirilib. Aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qalın tüstü sütunu səmaya qalxıb.
İtki və ya tələfat barədə məlumat verilməyib. 
Qeyd edək ki, əvvəllər də bu hərbi obyektə kamikadze pilotsuz uçan aparat tərəfindən hücum edilib.
Xatırladaq ki, İraqın İslami Müqavimət Hərəkatının Suriyadakı Amerika bazalarına qarşı hücumları ötən ilin oktyabrında İsrail hərbçilərinin Qəzza zolağını işğalından sonra başlayıb. İndiyə kimi ABŞ-nin Suriyadakı hərbi obyektləri 99 hücuma məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top